Azərbaycan, Bakı, 16 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/
Tanınmış azərbaycanlı fotoqraf Fərid Xayrulin fərdi sərgisinə hazırlaşır. TrendLife-ın verdiyi məlumata görə, sərgi noyabrın 1-dən 3-nə kimi Muzey Mərkəzinin sərgi qalereyasında keçəcək. Sərgi: "Bakı. Dünən. Bu gün" adlanacaq. Onu da qeyd edək ki, Fərid Xayrulin bir neçə beynəlxalq müsabiqənin iştirakçısıdır. Ən qaynar yerlərdə: Şuşada, Xankəndində, Ağdamda, Xocalıda olmuşdur. Həmçinin, bir neçə kitabın müəllifidir.