...

"Planeta Parni iz Baku" teatrının rəhbəri Tahir İmanov: "Mavilər hər birimizin qınaq obyektində olmalıdır"

Cəmiyyət Materials 17 Oktyabr 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Bu gün sayca üçüncü tamaşalarını Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirəcək "Planeta Parni iz Baku"nın "igidləri"nin göstərdikləri şoulardan əksər şəhər əhli danışır. İmkanı olanlar bilet alıb bakılı oğlanları canlı izləsələr də, bir çoxları ordan-burdan eşitdiklərinin nəticəsində qiyabi gülməyə üstünlük verirlər.Bildiyiniz kimi, İllərdən bəri ənənə kimi keçirilən bu konsertlərdə, hər dəfə cəmiyyətin hansısa zümrəsi hədəfə alınır. Sevilən simalar budəfəki konsertlərində hamının ikrah hissi ilə yanaşdığı seksual azlıqları - daha dəqiqi, mavilərin yaşam tərzini ön plana çəkdilər. TrendLife-a verdiyi açıqlamasında -"Planeta Parni iz Baku" teatrının rəhbəri Tahir İmanov: "Bir az pafoslu çıxmasın, biz hazırki zamanda cəmiyyətdə "güzgü" rolunu oynayırıq. Yəni, cəmiyyətdə nə baş verirsə, onu işıqlandırmaqdan çəkinmirik. Mavilər hər birimizin qınaq obyektində olmalıdır. 100 faiz söyləyə bilərəm ki, "6 günlük dünya" adlı konsertlərimizdən sonra, mavilər də əməlllərinə fikir verəcəklər".

Xəbər lenti

Xəbər lenti