...

Azərbaycanın Milli Olimpiya Komitəsinin 15 illiyi qeyd olunur

Cəmiyyət Materials 26 Oktyabr 2007 14:21 (UTC +04:00)
Azərbaycanın Milli Olimpiya Komitəsinin 15 illiyi qeyd olunur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir B.Məmmədov/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təsis edilməsinin 15 illiyi ilə əlaqədar olaraq təşkilatın qərargahında tədbir keçirilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxış nitqində ölkənin olimpiya hərəkatının yaradılmasında və inkişafında ölkə və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rolununu vurğulayaraq ictimaiyyəti bu münasibətlə təbrik edib. Hüseynzadə hesab edir ki, İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə ölkənin olimpiya hərəkatı sürətli templərlə inkişaf etməyə başlayıb ki, nəticədəAzərbaycanın Milli olimpiya Komitəsinin dünyanın idman elitasında yüksək yerlərdən birini tutub.

Gənclər və idman naziri, MOK-un vitse-prezidenti Azad Rəhimov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan kursun davam etdirilməsində ölkə prezidenti İlham Əliyevin inamla irəlilədiyini bildirib. Nazir qeyd edib ki, idmana dövlət qayğısı, sürətlə tikilməkdə olan idman kompleksləri, Azərbaycan idmançılarının beynəlxalq arenalarda qələbəsi, beynəlxalq tədbir və yarışmaların yüksək səviyyədə keçirilməsi Azərbaycan idmanının yüksək imicinin yaradılmasında müəyyənedici faktora çevrilib. Rəhimov Bakının 2016-cı il olimpiya oyunlarının keçirilməsinə namizədliyini irəli sürməsini bunun parlaq nümunəsi olduğunu bildirib.

Çıxışdan sonra dövlət başçısının fərmanı ilə mükafata layiq görülən olimpiya hərəkatının iştirakçılarının təbrik edilməsi mərasimi keçirilib. Mükafata layiq görülən şəxslərə MOK-un vitse-pezidenti Çingiz Hüseynzadə və ölkənin qadınlardan ibarət voleybol üzrə yığmasının baş məşqçisi Faiq Qarayev daxildir. Qeyd edək ki, Çingiz Hüseynzadə və Faiq Qarayev Azərbaycanın olimpiya hərəkatının inkişfındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüblər.

Bu günlərdə ildönümü ilə əlaqədar olaraq MOK-a beynəlxalq idman təşkilatlarından təbrik teleqramları daxil olur.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqe Azərbaycana beynəlxalq olimpiya hərəkatının inkişafında xüsusi roluna görə təşəkkür edib.

Avropa Olimpiya Komitəsinin rəhbəri Xikkey qeyd edir ki, ölkədə idmanın sürətli inkişaf templəri sayəsində Azərbaycan beynəlxalq olimpiya hərəkatında aparıcı rol oynayır. Bu gün MOK-un 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Tədbirdə Ukrayna, Rusiya, Türkiyə, Litva, Belarus və digər ölkələrdən olan qonaqlar iştirak edəcək.

Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri MOK-un 15-ci ildönümü münasibətilə keçirildəcək tədbirdə iştirak etməyəcəklər. Bu Olimpiya Oyunları -2016-ya Bakının namizədliyinin irəli sürülməsi ilə əlaqədardır. BOK-un qaydalarına uyğun olaraq BOK-un üzvləri bu ölkələrə səfər edə bilməzlər.

Xəbər lenti

Xəbər lenti