...

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoruna 8 il 6 ay iş verildi

Cəmiyyət Materials 30 Oktyabr 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib

Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə baş redaktorun barəsində hökm elan olunub.

Fətullayev Cinayət Məcələsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma(213.2.2) maddələri ilə təqsirli bilinib.Həmin7 ittihama görə, vaş redaktor 242 522 manat məbləğində vergidən yayınıb. Məhkəmənin hökmü ilə həmin məbləğ Fətullayevin hesabından tutularaq, dövlətə keçiriləcək.

Baş redaktorun "Əliyevlər müharibəyə gedir" başlıqlı yazısında Fəttulayevin terrora çağırışla bağlı fikirlər yer alıb. Xarici İşlər Naziri Elmar Məmmədyarov Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığı məktubunda bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər həmin məqalədə İranın Azərbaycana hücum edəcəyi ilə bağlı məlumatı oxuyandan sonra narahat olub, vahiməyə düşüblər. Məmmədyarovun məktubundan sonra "BP", "Azəriqazbank", "Bank of Baku", "Nikoyl İnvestisiya" və digər təşkilatlar da bu barədə MTN-ə müraciət edib.

Məhkəmə hökmündə qeyd edib ki, Fətullayev ictimai təhlükəni pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, dövlət əhəmiyyətli obyektlərdə partlayışlar, yanğınlar və digər təhlükələr törətməklə dövləti hədələyib.

Məhkəmə hökmündə Fətullayevin təhqir və böhtan cinayətlərinə görə Yasamal rayon məhkəməsinin 28 sentyabr 2006 - cı il və 20 aprel 2007-ci il tarixli qərarları ilə məhkumluğu onun vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilib.

"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalıları təhqir etməkdə ittiham olunan Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin, xüsusi ittiham qaydasında iddiası əsasında, Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fətullayevin vəkili İsaxan Aşurov məhkəmə hökmünü ədalətsiz və qərəzli hesab edib və hökmdən appelyasiya şikayəti veriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti