...

Bu qış mövsümündə Bakının 250 orta məktəbi istiliklə təmin olunacaq

Cəmiyyət Materials 16 Noyabr 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu qış mövsümündə Bakı şəhərində 250 orta məktəb istilik sistemi ilə təchiz olunacaq. Trend in məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov cümə günü keçirdiyi müşavirədə açıqlama verib.

Onun sözlərinə görə, artıq bu gündən etibarən məktəb binalarına istilik verilməlidir.

Mərdanov bildirib ki, ölkədə təhsil sahəsi ilə əlaqəli olan 7 minə yaxın müəssisə

var. Onların hamısı internet şəbəkəsinə qoşulmalı, Təhsil Nazirliyində məktəblərdə İKT proqramını həyata keçirən xüsusi idarə yaradılmalıdır.

Təhsil nazirinin sözlərinə görə, bəzi məktəb direktorları məktəbin kompüterlərini öz evlərinə aparırlar.

Xəbər lenti

Xəbər lenti