...

Azərbaycan aktrisası Məlahət Abbasova Türkiyədən TrendLife-la danışdı

Cəmiyyət Materials 17 Noyabr 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /müx. TrendLife Şahin Cavadsoy/

Hər həftənin şənbə günü yerli kanalların birində, qonşu Türkiyədə lentə alınan və çəkilişləri indi də davam edən "Min bir gecə" serialı nümayiş etdirilir. Bu serialda həmyerlimiz, tanınmış aktrisa və rejissor Məlahət Abbasova oynayır. Qeyd edək ki, Məlahət xanım bu yaxınlarda quruluş verdiyi teatr tamaşası ilə paytaxtımıza qonaq gəlmişdi. Aktrisa "Min bir gecə" haqda ətraflı danışmaq istəməmişdi. Bu günlərdə bəzi mətbu orqanlar Məlahət xanımın ünvanına kəskin sözlər ünvanlayıb, onun türk şivəsində danışmasını qəbahət kimi səciyyələndirdi. İstanbuldan TrendLife-a cavab verən Abbasova, Bakıda yayılan söz-söhbətdən xəbərsiz olduğunu bildirdi: "Mən azəri qızıyam və bununla fəxr edirəm. Belə sözlər qəzetlərdə yazılırsa, bu mənə çox pis təsir edir. Yaradıcı insana zərbə vurmaq çox pis şeydir. "Min bir gecə" də canlandırdığım Mehriban obrazında da, çalışıram ki, öz dilimdə danışım. Bunu Türkiyədə də çox normal qəbul edirlər. Çox istərdim ki, sənət adamlarına balta vurmaq arzusunda olanlar bu çirkin niyyətilərindən əl çəksinlər. Yaraşmaz bizlərə!"

Serialın nə vaxt sona çatacağı barədə yenə də məlumat verməsə də, Məlahət xanım söz verdi ki, 2008-in martında-yəni Novruz ərəfəsində mütləq vətənə gələcək.

Xəbər lenti

Xəbər lenti