...

Nəsibə Abdullayeva Azərbaycan mahnıları hazırlayır

Cəmiyyət Materials 21 Noyabr 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /müx. TrendLife Günel Əmədova/

İki ay əvvəl Bakıda qonaq olan özbəkistanlı müğənni Nəsibə Abdullayeva yaz aylarında yenidən paytaxtın qonağı olacaq. Yaradıcılıq xarakteri daşıyan səfərdə müğənninin konsert proqramı ilə çıxışı nəzərdə tutulur. Bu barədə TrendLife-a əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib. O bildirdi ki, bəstəkar Kamalla birlikdə Azərbaycan-Özbəkistan dostluğunu tərənnüm edən mahnı üzərində çalışır və bu mahnı Nəsibə Abdullayevanın ifasında səsləndiriləcək. Bundan başqa, müğənni müəlliflərin bir neçə hazır mahnılarını da öz ifasında lentə yazdırır və onları Bakıda nəzərdə tutulan konsertində səsləndirəcək. Öyrəndik ki, mahnılardan birinin ekranlaşdırılması da müğənninin planlarına daxil edilib.

Xəbər lenti

Xəbər lenti