...

Din pərdəsi altında ekstremist qruplaşmalar vəhabi və başqa adlar altında fəaliyyət göstərirlər - din xadimi

Cəmiyyət Materials 23 Noyabr 2007 17:32 (UTC +04:00)
Din pərdəsi altında ekstremist qruplaşmalar vəhabi və başqa adlar altında fəaliyyət göstərirlər - din xadimi

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda dini sahədə əsas təhlükə vəhabilik deyil, intellektual islam maarifçiliyinin aparılmaması, insan haqlarının məhdudlaşdırılması, telekanallarda dini proqramlara qadağa qoyulmasıdır. Bu fikirləri cümə günü Trend ə açıqlamasında Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri, din xadimi İlqar İbrahimoğlu bildirib.

Oktyabr-noyabr aylarında Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi əməliyyat keçirərək, radikal vəhabilərdən ibarət dəstəni zərərsizləşdirib. MTN-nin yaydığı rəsmi məlumatda bildirilib ki, həbs olunan şəxslər xarici diplomatik kopusda - Böyük Britaniya, ABŞ səfirliklərində terror aktları törətmək planları barədə açıqlamalar veriblər.

Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, həmçinin, ayrı-ayrı din xadimləri bildiriblər ki, Azərbaycanda vəhabilik, nurçuluq təhlükəsi var, radikal vəhabilər və digər dini qruplaşmalar ölkədə dini dövlət yaratmağa çalışırlar.

İbrahimoğlu bildirib ki, din pərdəsi altında ekstremist qruplaşmalar vəhabi və başqa adlar altında fəaliyyət göstərirlər. Onun fikrincə, demokratik mühitin zəifliyi ekstremistlərin yayılmasına imkan yaradır: "Həmçinin, islam dini ilə bağlı düzgün maarifçilik işləri aparmalı olan dövlət qurumları - sovetlər dövründən qalma idarələr öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmirlər"-deyə İbrahimoğlu bildirib.

Onun sözlərinə görə, telekanallarda islamı təbliğ edən maarifləndirici verilişlərin dayandırılmasına məqsədli şəkildə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti