...

Əli İsmayılov rəqibini nokauta salaraq WBO LATINO kəmərini özündə saxladı

Cəmiyyət Materials 8 Dekabr 2007 23:49 (UTC +04:00)
Əli İsmayılov rəqibini nokauta salaraq WBO LATINO kəmərini özündə saxladı

Dekabrın 8-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkarlar arasında beynəlxalq boks turniri keçirilib. Peşəkar boksçu, WBO LATINO kəmərinin sahibi Əli İsmayılov vədinə əməl edərək bu titula iddiaçı Argentina boksçusu Alehandro Alvarerzi doqquzuncu raundda nokautla məğlubiyyətə uğradıb və nəticədə WBO LATINO kəmərini ozündə saxlayıb.

Bundan əlavə, turnir çərçivəsində EVRO-TAY üzrə gənc idmançımız Nahid Əsədov Qırğızıstan nümayəndəsi Alen Ofoyonu, kikboksinq üzrə isə Eduard Məmmədov (kikboksinq üzrə yeddiqat dünya çempionu) türkiyəli Şakir Kaymazı (Uşu Sanda üzrə dünya çempionu) məğlub edərək İNTERKONTENTAL WAKO-Pro kəmərinə sahib çıxıblır. Turnirdə Rail Rəcəbov rusiyalı Aleksandr Ramaşkaya, Araz İsmayılov Həsən Bəşirova, Əli Məmmədov isə Bəhruz Babayevə məğlubiyyətin acısını yaşadıblar. Döyüşləri beynəlxalq dərəcəli hakimlər idarə ediblər. Qaliblərə kəmər və mükafatları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Boks Federasiyasının prezidenti, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, deputat Ağacan Abiyev, Rusiya Kikboksinq Federasiyasının vitse-prezidenti Vladimir Ukraynçev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və başqaları təqdim ediblər. Turnirin təşkilatçısı "Qarant Servis" MMC, baş sponsoru isə "Volvo" şirkəti olub. ( Az )

Xəbər lenti

Xəbər lenti