...

Gəncədə pulsuz tibbi xidmət başa çatıb

Cəmiyyət Materials 24 Dekabr 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov/ Gəncə şəhərində keçirilən pulsuz tibbi xidmət günlərində 20 nəfər cərrahiyə əməliyyatı olunub. Bu barədə bazar ertəsi jurnalistlərə məlumat verən Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev bildirib ki, açıq qapı günləri çərçivəsində keçirilən tədbirdə 5500-ə yaxın Gəncə sakininə 9500 adda pulsuz tibbi xidmət göstərilib.

Dekabrın 24-də Gəncə səhiyyəsi "Açıq qapı günü" keçirib. Bu kampaniyada pulsuz tibbi xidmət göstərilib.

Zərbəliyevin sözlərinə görə, Gəncədə fəaliyyət göstərən dövlət, qismən ödənişli və 5 tam təsərrüfat hesablı 40 tibb müəssisəsində əhaliyə pulsuz tibbi yardım göstərilib. Göstərilən tibbi xidmətlərin, əsasən, ultrasəs müayinəsi, endokrinoloji, pediatrik, laborator, mama-ginekoloji müayinələri üstünlük təşkil edib. "Açıq qapı günü"ndə keçirilən əməliyyatların 3 -ü göz, 4-ü burun-qulaq-boğaz əməliyyatları olub.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti