...

Mən şou-biznesdə ən güclü şahmatçıyam - mayestro Ceyhun

Cəmiyyət Materials 26 Dekabr 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Cavid Osmanov/

Adətən əksər şou-biznes nümayəndələri qumarbaz olmaları ilə fərqlənirlər. Bəs görəsən Azərbaycan şou-biznesində qumarbaz kimdir? TrendLife-ın araşdırması zamanı məlum olub ki, bu, mayestro Ceyhundur.

-Bəli, mən çox "qumarbaz" adamam. Uduzmaq xoşuma gəlmir. Fərqi yoxdur, istər nərd olsun, istərsə də domino. Ən çox sevdiyim isə bilyard və şahmat oynamaqdır. Bu oyunlar arasında seçim etməli olsaydım, əlbəttə ki, şahmata üstünlük verərdim. Təəssüf ki, Teymur Rəcəbovla heç vaxt şahmat oynamamışam. Ancaq Azərbaycanın digər istedadlı şahmatçıları ilə oyunlarım olub. Əminliklə söyləyə bilərəm ki, skripka ifaçıları arasında ən yaxşı şahmatçı, şahmatçılar arasında isə ən yaxşı skripka ifaçısıyam.

-Bəs pulla oynamağı sevirsiniz?

-Bilirsiniz, uşaq vaxtı dostuma kartda 25 manat pul uduzdum və ondan sonra belə oyunlardan uzaq gəzirəm. Deyəsən, mənim alnıma anca skripkada ifa etmək yazılıb.

-Puldan oynamırsınızsa, onda nədən oynayırsınız?

-Çox vaxt belə şərt qoyuruq ki, uduzan şəxs kafedə qonaqlıq verməlidir.

-Siz bütün şou-biznes nümayəndələrinə sübut edə bilərsinizmi ki, onlar arasında ən güclü şahmatçısız?

-Nə vaxt lazım olsa, sübut etməyə hazıram. Bir daha vurğulayıram, şou-biznes nümayəndələri arasında güclü şahmatçı özüməm.

Xəbər lenti

Xəbər lenti