...

"Nə? Harda? Nə zaman?" oyununun efirdə rusca göstərilməsinin əleyhinə deyiləm -gənclər və idman nazirinin müavini İntiqam Babayev

Cəmiyyət Materials 7 Yanvar 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/

Yanvarın 1-dən etibarən, Azərbaycan telekanallarında xarici dildə olan bütün verlişlərin yayımına qadağa qoyulub. Bu, "Nə? Harda? Nə zaman?" intellektual oyunundan da yan keçməyib. Oyunun rus dilində yayımlanıb-yayımlanmamasına münasibət bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayev TrendLife-a bunları bildirib: "Mən müxtəlif intellektual oyunların Azərbaycan dilində keçirilməsininin tərəfdarıyam. Məsələn, "Breyn-rinq" və "Nə? Harda? Nə zaman?" oyununu Azərbaycan dilində oynamaq olar. Lakin unutmaq lazım deyil ki, "Nə? Harda? Nə zaman?" oyununu Azərbaycan dilində keçirmək üçün intellektual səviyyəsi yüksək olan komanda yığmaq lazımdır. Həmin komandada toplaşanlar nəinki Azərbaycan dilində, hətta rus dilində də yaxşı bilməlidirlər. Düşünürəm ki, "Nə? Harada? Nə zaman?" oyununun rus dilində olan formatı da saxlanılmalıdır".

Xəbər lenti

Xəbər lenti