Azərbaycan, Bakı, 12fevral / Trend , müxbir K. Zərbalıyeva/ Birinci instansiya məhkəməsinin hakimləri üçün tədris kursu başlanıb. Məhkəmə-Hüquq Şurasından çərşənbə axşamı Trend ə bildirilib ki, "Mülki hüquq münasibətlərindən yaranan mübahisələr üzrə işlərə baxılmasının xüsusiyyətləri" mövzusunda keçirilən on iki günlük tədris kurslarında hakimlər tərəfindən yol verilən xarakterik nöqsanlar, insan hüquqlarının təmin olunmasında beynəlxalq vasitələr, hakimlərin etik davranış məsələlərinə dair məsələlərə xüsusi diqqət yetirilib.
Kursda yüksək instansiya məhkəmələrinin təcrübəli hakimləri və beynəlxalq ekspertlərin mühazirələri dinləniləcək.
Kursun açılışında hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri İlqar Xələfov hakiмlər üçün mütəmadi tədris kurslarının keçiriləcəyini vurğulayıb.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi barədə prezident fərman verib.
Bu fərmandan sonra Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin və dövlət ittihamçılarının tədrisi sektoru yaradılıb, müxtəlif sahələr üzrə tədris proqramları hazırlanıb.