...

Xocalı soyqırımının ildönümü ilə bağlı ABŞ -da mitinq keçiriləcək keçiriləcək

Cəmiyyət Materials 15 Fevral 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.İlhamqızı/ Fevralın 23-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Amerika- Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycanlıları Şurası, Türk Amerika Dərnəkləri Federasiyası və Türk Tələbələri Cəmiyyəti Xocalı faciəsinin 16-cı ildönümünü qeyd edəcəklər. Bu barədə cümə günü Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Türk Mərkəzində keçiriləcək tədbir "Xocalı-məhv olmuş şəhər" devizi altında təşkil olunacaq. Məqsəd Amerikadakı azərbaycanlı və türk gəncləri bir yerə toplayaraq, onları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və soydaşlarımızın evsiz-eşiksiz qalması, Xocalı faciəsi kimi insanlıq tarixinə sığışmayan bir sorqırım törədilməsi barədə geniş məlumatlandırmaqdır. Mövzuya daha geniş auditoruya cəlb etmək məqsədilə, tədbir ingilis dilində keçiriləcək.

Fevralın 26-da isə, Xocalı soyqırımı ilə bağlı Nyu-Yorkda Ermənistanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyinin binası qarşısında iki saatlıq etiraz aksiyası keçiriləcək. Aksiyada ABŞ-dakı Azərbaycan diaspor təşkilatları birgə iştirak edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti