Azərbaycan, Bakı, 19 fevral /müx. TrendLife Cavid Osmanov/
Aygün Kazımovanın yerli telekanalların birində yayımlanan müsabiqədə Natəvan Həbibiyə məğlub olması ətrafında müzakirələr bitib-tükənmir. Şəhərdə şayiələr gəzir ki, verilişdən sonra pərdə arxasında əməlli-başlı dalaşma olub. Belə ki, efir vaxtı bitdikdən sonra Natəvanın bacısı onun paltarlarını götürmək üçün qrim otağına gedib. Guya, həmin anda Aygün Natəvanı nalayiq sözlərlə təhqir edirmiş. Bunu görən Natəvanın bacısı dözməyib, onun cavabını verib. Bu haqda Natəvan özü də TrendLife-a danışdı: "Bir şeyi danmaq lazım deyil ki, biz hamımız pula oxuyuruq. Aygün özündən heç də böyük adam düzəltməsin. Bəli, yayılan xəbərlər doğrudur. O, bacımın (adı Saradır) belindən ayaqqabısının dabanı ilə vurub. Əlbəttə, bacım Aygün Kazımovanın cavabını verib. Onları mühafizə xidmətinin əməkdaşları güclə ayıra bildilər".
Məsələ ilə bağlı Aygün Kazımovanın da fikrini öyrənmək istədik. Təssüf ki, o, bizə cavab vermək istəmədi.