Azərbaycan, Bakı, 25 fevral /müx. TrendLife Eldar Hüsyenzadə/
Bu il Almaniyada Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək. Bununla paralel olaraq, ölkəmizdə də Almaniya səfirliyi bir neçə müxtəlif mədəniyyət layihələri hazırlayır. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TrendLife-a bunları söylədi: "Bakıda alman memarlıq abidələri sərgisinin açılışına çox sevinirəm. Biz bu cür tədbirləri dəstəkləyirik. Məlumdur ki, bu il mart ayının 27-dən başlayaraq Almaniyada Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək".