...

Müğənnilər xeyriyyə tədbirində söz verdilər

Cəmiyyət Materials 1 Mart 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart /müx. TrendLife Şahin Cavadsoy/

Dünən şəhər "Elbaro" restoranında xeyriyyə tədbiri keçirildi. Bu haqda xəbəri bir neçə gün əvvəl sizə təqdim etmişdik. Qayğıya ehtiyacı olan - Sabunçu rayonunda yerləşən 1 saylı internat məktəbinin azyaşlı sakinləri üçün xeyriyyə tədbirini jurnalist Zümrüd Güləliqızı təşkil etmişdi. Xeyriyyə aksiyasında tanınmış müğənnilərdən- Zeynəb Dostəliyeva, Teymur Əmrah, Əbdül Xalid, Ziyafət Yaqubova, Emil, Coşqun Viləş, İrəm Böyükqara, Arif Səlimov, Gülarə Nurlu, Mənsumə Nur, Səbuhi Əliyev, Niyaməddin Salami həm oxudular, həm də Bakı şəhər Cənclər və İdman Baş İdarəsinin təsis etdiyi "Fəxri fərman"larla təltif olundular. Tədbirdə azyaşlı şairə Mehriban Həndəmli yenicə işıq üzü görmüş kitabını təqdim etdi. Rəqqasələrdən İlona Tağıyeva, qızı Dənizlə bahəm, "Dəcəl qızlar" rəqs qrupunun üzvləri də çıxış etdilər. Xeyriyyə konsertilə bağlı TrendLife-a danışan Zümrüd xanım, fürsətdən istifadə edib, ona dəstək olan sənətçilərə minnətdarlığını bu sözlərlə çatdırdı: "Bütün müğənnilərə öz dərin minnətdarlığımı bildirirəm. Onlar bu dəfə də uşaqları tək qoymadılar. Maştağa qəsəbəsində yerləşən 1 saylı uşaq evindən gələn bu balalarımıza söyləyirəm ki, Novruz bayramı ərəfəsində çalışacağıq ki, onları bir daha sevindirək".

Onu da bildirək ki, xeyriyyə tədbirlərində fəal iştirak etdiyinə görə, aksiyanın aparıcısı -TrendLife İnformasiya Agentliyinin əməkdaşı Şahin Cavadsoy da baş idarənin "Fəxri fərman" ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti