...

Ukraynadakı Səməd Vurğun adına kitabxana məni heyrətləndirdi - müğənni Elza Seyidcahan

Cəmiyyət Materials 13 Mart 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /müx. TrendLife Safura/

Bu yaxınlarda Ukraynada səfərdə olan müğənni Elza Seyidcahan bu respublikada Səməd Vurğun adına kitabxananı görəndə, heyrətlənib.Bu haqda TrendLife məlumat verən sənətçi Azərbaycan şairinin seçilmiş əsərlərinin Ukrayna dilinə tərcümə olunmasından qürurla danışdı:

"Heç Azərbaycanın özündə bizim çox tanınmış məşhurlarımızın kitabxanası yoxdur. Amma mən Ukraynada Səməd Vurğunun kitabxanasını gördüm. Belə bir kitabxananın olduğunu eşitməmişdim. Kitabxananın qarşısında Səməd Vurğunun heykəli də var. Bütün bunlar məni çox sevindirdi .Həm də təəccübləndim. Sevindim ona görə ki, heç olmasa dahilərimizin hesabına biz azərbaycanlıları dünyada tanıyırlar".

Xəbər lenti

Xəbər lenti