...

Avtomobil ən layiqli "Gülüş Ulduzu"na qismət olacaq – xalq artisti Afaq Bəşirqızı

Cəmiyyət Materials 17 Mart 2008 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı 17 mart /müx. TrendLife Şahin Cavadsoy/

"X production"la "Xəzər TV"nin birgə layihəsi olan "Gülüş Ulduzu"nda iştirak edəcək 10 namizədi seçmək üçün bir neçə gündür ki, "Qarabağ" kino-teatrında sınaq turları keçirilir. Həftənin üçüncü günü isə artıq münsiflərin yekun qərarı bəlli olacaq. Ona görə də seçim turlarına qatılan münsiflər heyətinin fikirlərini öyrənməyə qərar verdik:

Xalq artisti Afaq Bəşirqızı: "Bu cür müsabiqələrin keçirilməsi vacibdir. Ümumiyyətlə, mən həmişə tərəfdarı olmuşam ki, hər bir teatr öz nəzdində studiya yaratsın. Nə qədər ki, Mədəniyyət və İncəsənət Universitetində, Konservatoriyada test üsulu tətbiq edilir, bu incəsənət üçün böyük zərbədir. Məhz buna görə istetadlı gənclər özləri üçün karyera qura bilmirlər. "Gülüş Ulduzu" adıyla keçiriləcək bu müsabiqəni təqdirəlayiq hal kimi qiymətləndirərdim. İşlərimizin çox olmasına baxmayaraq, bu layihədə münsif kimi çıxış etməyə razılıq verdim. Əgər biz Azərbaycan teatrının gələcəyi üçün iki-üç istedadlı gənci kəşf edə biləriksə, deməli, bu bizim uğurumuzdur. Bilirəm ki, müsabiqəyə qatılmaq istəyən iştirakçıların bəziləri, əsas mükafata-maşına sahib olmaq üçün "Gülüş Ulduzu"na çevrilmək istəyirlər. Lakin avtomobil ən layihiqli "Gülüş Ulduzu"na qismət olacaq".

Pantomim teatrının rəhbəri, rejissor Bəxtiyar Xanızadə: "Biz bu müsabiqədə bir zərgər rolunu oynayacağıq desəm, daha düzgün səslənər. Amma istər-istəməz qızıl kimi istedada malik olan gənclərin nəyə qadir olmalarını yoxlayırıq. Çox güman ki, seçim turlarının sonunda biz ən bacarıqlı 10 iştirakçının kimliyini bəlli edə biləcəyik.

"Gülüş Ulduzu"nu ərsəyə gətirən "X production"ın icraçı direktoru İsmayıl Həsənov da öz növbəsində bildirdi ki, 300-ə yaxın gənc bu müsabiqədə iştirak etmək üçün ərizə il müraciət edib: "10 iştirakçının adını açıqlamağı biz münsiflər heyətinin üzvlərinin ixtiyarına buraxmışıq. Əminik ki, dörd münsif - xalq artisti Afaq Bəşirqızı, rejissor Bəxtiyar Xanızadə, aktyor Elçin Həmidov və "Xəzər TV"nin nümayəndəsi Ahmet Gül doğru qərar verib, 1 aprel Gülüş günündə başlayacaq ən layiqli müsabiqə iştirakçılarının adlarını açıqlayacaqlar".

Xəbər lenti

Xəbər lenti