Azərbaycan, Şəki, 23 mart / Trend müxbir E.Quliyev/ Yeni yetmələr arasında tenis üzrə Azərbaycanın qalibləri müəyyən olundu. Mart ayının 20 də başlamış Şəki şəhərində İdman Sağlamlıq Kompleksində gənclər arasında Tenis üzrə Respublika birinciliyi keçirilən yarış 23 də bitdi. Yarış Respublikanın bir neçə şəhərlərindən olan 1990,1992 və 1993 -ci il təvəllüdlü və kiçik yaş qrupulu gənclər arasında keçirilirdi.
1993 cü il və daha kiçik, təvəlüdlü oğlanlar arasında 1-ci yeri Sumqayıt, 2-ci yeri Baki 1, 3 cü yeri isə Səlyan komandaları tutdu..
1993-cü və daha kiçik qızlar arasında Bakı 1-ci və 3-cü yerlər, 2-ci yer Sumqayıt.
Oğlanlar arasında 1990, 1992 təvəlüd qrupunda 1 ci yer Sumqayt, 2 ci yer Bakı1, 3-cü yer Gədəbəy kamandası tutdu.
Qızlar arasında 1 ci yer Sumqayıt, 2 ci və 3 cü yerlər Bakının oldu.
Şəxsi yarışlarda qızlar arasınada 1990, 1992 yaş qrupunda 1-ci yer Əliyeva Zərif Sumqayıt,
2-ci yer Hüseynova Fatma Bakı, 3 cü yer Hacızadə Turanə Şəki komandası tutdu.
Oğlanlar arasında 1-ci, 2 ci yerlər Abramov Rafael Bakı və Cəfərzadə Cəfər Bakı, 3 cü yer Əliyev Elvin Sumqayıt.
1993 və kiçik yaş qrupunda 1 ci, 2 ci və 3 cü yerlər Bakı - Talıbova Suğra, Əliyeva Günel, Xuduyeva Sairə.
Oğlanlar arasında 1-ci, 2 ci və 3-cü yerlər Sumqayıta nəsib oldu - Sevindikzadə Ilkin, Əliyev Rüstəm və Məmmdzadə Orxan.
Yarışın baş hakimi Fərhad İsmayılov sözlərinə görə, Bu nəticələrə görə 1, 2. və 3 cü yürləri qazanmış tenisçilər Yığma komandanın tərkibinə qatılacaqlar və yığma komandanın tərkibində iyun ayında İtalyanın Tern şəhərində keçiriləcək avropa birinciliyində iştirak edəcəklər.