...

Çox istərdim ki, xalqımın hər günü gülüşlə keçsin-xalq artisti Afaq Bəşirqızı

Cəmiyyət Materials 1 Aprel 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 01aprel /müx.TrendLife Şahin Cavadsoy/

Bu gün "Gülüş günü"dür. Məmləkətimizdə böyükdən-kiçiyə hamının qeyd etdiyi bu tarixi xalq artisti Afaq Bəşirqızı özünəməxsus tərzdə keçirir. TrendLife-a danışan aktrisanın sözlərindən məlum oldu ki, o, illərdən bəri heç də ürəkdən gülmür: "Bunun səbəbləri çoxdur. Amma ən böyük məqam təqvimimizə yazılan hüzn günlərinin çox olmasıdır. Çox istərdim ki, xalqımın hər günü gülüşlə keçsin. Düşünərək gülməyi üstün tutan pərəstişkarlarıma rəhbəri olduğum "Bəşir teatrı"nın kollektivi ilə bir neçə sürprizimiz olacaq. Aktyorun sürprizi nə ola bilər? Ancaq yeni səhnəciklərlə çıxış etmək. Yəqin ki, may ayında biz bu sevinci tamaşaçılarımıza təqdim edəcəyik".

Xəbər lenti

Xəbər lenti