...

Nüşabə Ələsgərli və Tolik duet oxuyacaqlar

Cəmiyyət Materials 8 Aprel 2008 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel /müx. TrendLife Türkan İmaməliyeva/

Nüşabə Ələsgərlinin yenilikləri bitmir. Artıq bəstəkarlardan Nailə Mirməmmədli, Vüqar Camalzadə, Xanım İsmayılqızı və Tunardan yeni bəstələr aldığını deyən sənətçi Nailə Mirməmmədlinin "Sənə gülmək yaraşır" mahnısına klip çəkdirməyi də düşünür. Yeri gəlmişkən, söhbət bu mahnıdan gedirsə, məlumat üçün xatırladaq ki, Nüşabə Ələsgərli bu mahnını iki versiyada hazırlayır. Versiyalardan birində Nüşabə xanım həmin mahnını tək oxusa da, digərində duel həmkarı, prodüser kimi tanıdığımız Toliklə birgə ifa edir. Yəqin sizlər üçün də qəribə göründü ki, Tolik hara, oxumaq hara? Ancaq reallıq budur ki, Toliklə Nüşabə Ələsgərli duet oxuyacaq, hələ üstəlik bu duetə Ülviyyə Könül klip də çəkəcək. Nüşabə Ələsgərli Vüqar Camalzadədən aldığı "Eşq nəğməsi"ni də ekranlaşdırmaq istəyir. Bu mahnının rejissoru kimi isə Fuad Əlişova müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti