...

FİDE Qran-Prisinin birinci mərhələsinin iştirakçıları Bakıya gəlirlər

Cəmiyyət Materials 17 Aprel 2008 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir Z.Səfərov/ FİDE-nin Qran-Pri turnirinin birinci mərhələsinin iştirakçıları artıq Bakıya gəlməyə başlayırlar.

Xantı-Mainskdə keçirilən Dünya kubokunun sahibi Qata Kamski, ukraynalı Ruslan Ponomaryev və digər şahmatçılar artıq Bakıya gəliblər. Bununla belə, onlardan çoxu üçün Bakı turniri cari ilin ilk əhəmiyyətli yarışı olacaq. Bu, xüsusilə hazırda Veselin Topalovla iddialı oyuna hazırlaşan Q.Kamskova aiddir.

Turnirdə 14 qrossmeyster iştirak edəcək. Onların sırasına Maqnus Karlsen, Petr Svidler, David Navara, Sergey Karyakin və başqaları daxildir. Ev sahibləri yüksək yerlərə iddia edə biləcək Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimovla təmsil olunacaqlar.

Xəbər lenti

Xəbər lenti