...

Bəzi hakimlər AFFA-dan uzaqlaşdırılacaq - Azərbaycanın Hakimlər Komitəsinin sədri

Cəmiyyət Materials 21 Aprel 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) üzvləri buraxılıb. Bu barədə bazar ertəsi Trend a Hakimlər Komitəsinin yeni sədri Xəqani Məmmədov deyib.

Məmmədov aprelin əvvəllərində HK-nın sədri postunda Murad Məmmədovu əvəzləyib. Sabiq FİFA referisi olan yeni sədr 1998-2001-ci illər aralığında da komitəyə rəhbərlik edib.

Hakimlər Komitəsinin 5 üzvü var.

Məmmədov deyib ki, komitənin yeni üzvlərinin adları Hakimlər Komitəsinin bu həftə keçiriləcək toplantısında bəlli olacaq.

Komitə sədri bildirib ki, Azərbaycanın futbol üzrə Premyer-Liqasının oyunlarını idarə etmək üçün birinci divizionda fəaliyyət göstərən hakimlərin xidmətindən istifadə edilməsi nəzərdə tutulub. "Mənim "qara siyahı"m yoxdur. Amma hansı hakim öz işinin öhdəsindən gələ bilməsə, onunla yollarımızı ayıracağıq. Əvəzində birinci divizionda hakimlik edən gənclərə güvənəcəyik" Məmmədov əlavə edib.

Məmmədovun İmanxan Sultani, Munis Abdullayev, İqor Şpakovski kimi yaşlı hakimlərin xidmətindən imtina edəcəyi gözlənilir.

Yeni sədr qarşıdakı mövsümdən etibarən Premyer-Liqanın oyunlarını idarə etmək üçün xaricdən hakimlərin dəvət olunmasının da əleyhinədir. Bu günə kimi Azərbaycan klublarının oyunlarını idarə etmək üçün 3 dəfə əcnəbi hakimlərin xidmətinə ehtiyac duyulub. "Olimpik"lə "Neftçi" arasındakı sonuncu belə oyunu almaniyalı referi Knut Kirxer idarə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti