...

Bakının və Tallinin rayonları qardaşlaşıb

Cəmiyyət Materials 28 Aprel 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir S.İlhamqızı/ Bakının Suraxanı və Tallinin Kristiina rayonlarının qardaşlaşması haqqında müqavilə imzalanıb. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müqaviləni Tallində Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovla Kristiina rayonunun başçısı Mihail Korb imzalayıblar. Bu münasibətlə Lovenruh parkındakı Gubernaor bağında dostluq ağacı əkilib.

Bundan başqa, Estoniyanın Lasnamaye rayonunda fəaliyyət göstərən "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Fidan" Azərbaycan uşaq bağçasına görkəmli oftalmoloq, tibb elmlər doktoru, akademik Zərifə Əliyevanın adı verilib və akademik Zərifə Əliyevanın 85 illiyi münasibətilə Suraxanı rayonu adından bu bağçaya hədiyyə olunan büstün açılışı olub. Tədbirdə Estoniyanın vitse-spikeri xanım Kristina Oyuland, Estoniya Parlamentinin üzvü Eldar Əfəndiyev, Türkiyənin Estoniyadakı səfirinin xanımı Fatma Şülə Soysal, Kristiina rayonunun başçısı Mihail Korb, Lasnamaye rayon başçısı Andrey Novikov və Suraxanı rayon icra hakimiyyətinin baçşısı İlqar Abbasov iştirak ediblər.

Qeyd edək ki, 1 il əvvəl açılan "Fidan" uşaq bağçası uğurlu fəaliyyət götərdiyinə görə bağçaya əlavə torpaq sahəsi verilib. Suraxanı rayon isra hakimiyyəti isə bağçanı himayəyə götürüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti