Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir R.Ergün/ Bakıda "Novko Team Sport" şirkətinin təqdimat mərasimi keçirilib. "Azərbaycanda həm kollektiv, həm də fərdi idman növləri üzrə idman geyimlərini təqdim etməyə hazırıq", çərşənbə axşamı Bakı Əyləncə Mərkəzində "Novco Team Sport" şirkətinin təqdimat mərasimində şirkətin layihələr üzrə baş meneceri Fərid Axundov deyib.
"Novco Team Sport" şirkəti "Puma", "Adidas", "Loto", "Diadora", "Nike", "Umbro" kimi məşhur şirkətlərin idman geyimlərini təqdim etmək məqsədi ilə Bakının ən böyük biznes mərkəzlərindən olan "Kaspian Plaza" biznes mərkəzində sərgi salonu açıb.
Şirkətin təqdimat mərasimində Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının nümayəndələri iştirak ediblər.
"Novko Team Sport" şirkəti gələcəkdə Azərbaycanın həm futbol, həm də digər idman növləri üzrə komandalarına öz geyim dəstlərini təklif edəcək.
Tədbirin sonunda şirkət iştirakçılara özünün idman geyim kolleksiyasını və "Novcosport" brendi altında istehsal edilən məhsullarını nümayiş etdirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]