...

Azərbaycanda həbsdə olan jurnalistlərin əfv olunması nəzərdə tutulmur- Prezidentin İcra Aparatının rəhbəri (video)

Cəmiyyət Materials 3 May 2008 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanda həbsdə olan jurnalistlərin əfv olunması nəzərdə tutulmur. Bu barədə şənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib.

Azərbaycanda üç jurnalist-"Azadlıq" qəzetinin baş readaktoru Qənimət Zahid, həmin qəzetin əməkdaşı Mirzə Sakit, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş readaktoru Eynulla Fətullayev həbsdədir.

Mehdiyev deyib ki, Azərbaycanda mətbuat azadlığının vəziyyəti çox yaxşıdır və heç bir məhdudiyyət yoxdur. "Azərbaycanda mətbuat azadlığı, 90-cı illərin əvvələri ilə müqaiysədə, çox geniş yayılıb. Azərbaycanda mətbuatın boğulduğunu iddia edənlər bu yolla Azərbaycana təzyiq göstərmək istəyirlər" - Mehdiyev əlavə edib.

Human Rights Watch, "Freedom house", Reporters  Without Borders (Sərhədsiz  reportyorlar) beynəlxalq təşkilatları Azərbaycanda mətbuatın vəziyyətindən narahatlıqlarını ifadə ediblər və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını istəyirlər.    

Mehdiyev eks-prezident Heydər Əliyevin 85-illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi ilə bağlı Prezidentin İcra Aparatında hər hansı təklifin olmadığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti