...

Heydər Əliyev dövlət miqiyaslı, yüksək intellektual potensiala və yüksək insani keyfiyyətlərə malikiydi

Cəmiyyət Materials 10 May 2008 23:53 (UTC +04:00)
Heydər Əliyev dövlət miqiyaslı, yüksək intellektual potensiala və yüksək insani keyfiyyətlərə malikiydi

Rusiya, Moskva, 10 may/ Trend müxbir R.Ağayev/ Heydər Əliyev dövlət miqiyaslı, yüksək intellektual potensiala və yüksək insani keyfiyyətlərə malikiydi, əmr edirdilər deyə heç vərdə, heç nəyi etməyən. Belə bəyanatla Moskva şəhərinin mer müavini Lyudmila Şveçova Azərbaycanın Moskva şəhərində səfirliyində Heydər Əliyevin 85 illik yubileyi münasibətilə barelyefin açılışı zamanı demişdir.

Onun sözlərinə görə, Heydər Əliyev hər zaman öz aktiv həyat mövqeyini bütün süjetlərdə tapırdı. O bildirdi ki, onun parlaq xatirəsini öz qəlbində Azərbaycan xalıqı daşıyır.

"Onu tək Moskvada yox, Bütöv Rusiyada sevirlər. O tək doğma Azərbaycana çoxlu yaxşılıqlar etməyib, bütöv Sovetlər Birliyinə edib və onun 85 illik yubileyinə onun barəsində xoş sözləri deyirik və onun xatirəsini, yaxşı insan olduğuna görə yad edirik", deyə Şveçova qeyd etdi.

Mer müavini onuda qeyd etdi ki, maraqlı orasıdır ki, Heydər Əliyevin ad günü Böyük Vətən müharibəsinin qeyd olunmasına təsadüf edir.

O həmçinin Moskva meri Yuri Lujkovun sözlərini çatdırdı və bildirdi ki, Moskva meri Heydər Əliyevi muasirliyin dahi insanı, parlaq şəxsiyyəti, ağıllı, Vətəninə, xalqına sadiq olduğunu bildirdi.

L.Şveüova Heydər Əliyev bioqarfiyasının parlaq amillərini xatırladtı, onun Moskvada işlədiyi dövrü, SSRİ Nazirlər Şurasında sədr müavini vəzifəsində işlədiyi dövrdə vacib qərarların qəbulunu, H.Əliyevin rolu həmçinin müstəqil Azərbaycanın prezidenti olduğu dövründə qeyd olunudu.

O qeyd etdi ki, H.Əliyevin Azərbaycan və Rusiya arasında dərin əlaqələrin qurulmasında böyük zəhməti olub.

"Heydər Əliyev keçmiş sovet məkanında, Rusiya ilə əlaqələri quran, yeni müstəqil dövlətin ən müdrük siyasətçisi idi. O zaman hər kəs müstəqil olmaq istəyirdi, H.Əliyevin siyasəti isə müdrük idi. Təsadüf deyil ki, Azərbaycan rus dilinin inkişafına böyük önəm verir, rus məktəblərinin sayı digərlər ölkələrdə olduğundan çox idi", - deyə Şveçova bildirdi.

Heydər Aliyevin barelyefi - 160x105 sm ölçüsündə. Sifarişçi qismində Azərbaycanın Rusiyada səfirliyi çıxış edib. Onun hazırlanmasında həmyerlimiz İskəndər Xəlilovun da dəstəyi olub. Barelyef, H,Əliyevin Azərbaycan Respublikasının Moskva nümayəndəliyində 21 yanvar 1990-cı ildə Bakıda 20 yanvar facitəsinə həsr edilmiş çıxışından götürülüb.

Xəbər lenti

Xəbər lenti