...

Azərbaycanın "Neftçi" komandasının rəhbərliyi futbol klublarına xəbərdarlıq edəcək

Cəmiyyət Materials 15 May 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Neftçi" klubunun futbolçuları ilə bağlı problemi yaranıb. "Rəşad Sadıqov, Zaur Tağızadə və Georgi Adamiya kimi futbolçularımızı başqa klubların istəməsinə təbii baxıram. Amma inanıram ki, bu oyunçularımızı klubda saxlaya biləcəyik. Bu üç futbolçunun "Neftçi" də qalma şansı 90 faizdir. Ümumiyyətlə, hər mövsümün sonunda bizdə belə problem yaranır", cümə axşamı Trend a "Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev deyib.

Tağızadə, Adamiya və Sadıqovu Bakının "İnter" klubu transfer etmək istəyir. Hər üç futbolçu "Neftçi"nin aparıcı oyunçularıdır.

Musayev bildirib ki, vaxtilə "Xəzər-Lənkəran" klubu bu üç futbolçuya böyük məbləğdə pul təklif edərək, onları transfer etmək istəyib. "Biz "Xəzər-Lənkəran"ın təklif etdiyi pulun yarısından da azını verərək, bu futbolçuları komandada saxlamışıq. Pul hər şeyi həll etmir" - deyə vitse-prezident əlavə edib.

"Neftçi" rəsmisi aparıcı futbolçularını transfer etmək istəyən klubların rəhbərliklərinə xəbərdarlıq edəcəklərini bildirib.

Hazırda "Neftçi" Premyer-Liqada 3-cü pillədə yer alıb. Klubun Azərbaycanı Çempionlar Liqasında və UEFA kubokunda təmsil etmək şansı çox azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti