...

Türkiyənin KİV-ri Ermənistanı vəfasızlıqda günahlandırır

Cəmiyyət Materials 26 May 2008 14:07 (UTC +04:00)

Türkiyə, Ankara, 26 may /müx. TrendLife T.Əliyev/

Türkiyənin aparıcı qəzetləri "Eurovision- 2008" müsabiqəsinin yekunları ilə bağlı şərhlərində Ermənistanın son 3 ildə Türkiyədən 32 xal almasına baxmayaraq, bu ölkədən Türkiyəyə "Eurovision" müsabiqələri tarixində 1 xal belə verilmədiyini qeyd edirlər. Qəzetlər bunu Ermənistanın vəfasızlığı kimi qiymətləndirirlər. Eyni zamanda, Türkiyə mətbuatında Azərbaycanın bu ölkəyə maksimal (12) xal verən yeganə ölkə olduğu vurğulanır.

Türkiyənin KİV-i Azərbaycanın 53-cü "Eurovision" müsabiqəsindəki debütünü də yüksək qiymətləndirirlər. "Yeni Şəfəq" qəzeti yazır ki, Azərbaycanı təmsil edən Elnur və Samirin ifası və səhnədə nümayiş etdirilən şou ən maraqlı çıxışlardan biriydi. "Hürriyət", "Milliyyət" və "Günaydın" qəzetləri də Azərbaycanın müsabiqəyə ilk dəfə qatılmasına baxmayaraq, 8-ci yeri tutduğunu qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti