...

Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığmasının üzvü karyerasını MOİK klubunda davam etdirəcək

Cəmiyyət Materials 10 İyun 2008 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir R.Ergün/ Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunu bitirmək üzrə olan Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığmasının üzvü Ramin Tanrıverdiyev ali təhsilini başa vuran kimi hərbi xidmətə yollana bilər. Digər komandalardan təklifin olmaması onu buna məcbur edə bilər.

Çərşənbə axşamı Trend-News-a danışan gənc futbolçu hazırda heç bir klubdan təklif gəlmədiyini və durumun belə davam edəcəyi təqdirdə hərbi xidmətə yollanmalı olacağını qeyd edib.

Azərbaycan Premyer-Liqasının son mövsümünü Sumqayıtın "Gənclərbirliyi" komandasında keçirən Tanrıverdiyev bu kluba Yevlaxın "Karvan" komandasından transfer olunmuşdu.

"Gənclərbirliyi" klubu topladığı 14 xalla Premyer-Liqanı 13-cü pillədə başa vuraraq gələn mövsümdən elitada oynamaq hüququnu itirib.

"Hazırda imtahanlarımı müvəffəqiyyətlə başa vurmaq haqda düşünürəm. Karyeramı hansı klubda davam etdirəcəyim hələ məlum deyil. Təkliflər yoxdur. Vətənə xidməti borcumu qaytarmaq üçün əsgərliyə yollanmağı düşünürəm. Mərkəzi Ordu İdman Klubu (MOİK) artıq mənə təklif göndərib və xidmətimi orada keçirməyimi istəyib. Bu klubda işləyən insanları tanıyıram. Onu deyə bilərəm ki, onlar yaxşı insanlardır və MOİK-də oynamaq mənim üçün çox xoş olardı".

Ramin Tanrıverdiyevin 21 yaşı var və Azərbaycanın gənclərdən ibarət yığmasının üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti