...

Azərbaycanda kukla teatrı həftəsi keçiriləcək

Cəmiyyət Materials 10 İyun 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / TrendLife müx. Eldar Hüseynzadə/

İyunun 16-dan 21-nə kimi Azərbaycanda kukla teatrının həftəsi keçiriləcək. Mədəniyyət və turizm nazirliyinin əməkdaşı Zöhrə Əliyevanın TrendLife-a verdiyi xəbərə görə, festivalda Gəncədən, Qaxdan, Naxçıvandan, Salyandan, həmçinin Bakıdan olan teatrlar iştirak edəcəklər. Tədbiri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı "Nağıllar aləmi" tamaşası ilə açacaq.

Xəbər lenti

Xəbər lenti