...

Azərbaycan televiziyaları 2009-cu ildən etibarən tam şəkildə dövlət dilindən istifadə etməlidirlər

Cəmiyyət Materials 19 İyun 2008 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan televiziyaları 2009-cu ildən etibarən tam şəkildə dövlət dilindən istifadə etməlidirlər. "Bütün verilişlər və filmlər Azərbaycan dilində aparılmalıdır. Televiziyalarda müəyyən problemlər hələ də qalır", bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Trend -un arayışı: Teleradio Şurası yanvarın 1-dən telekanallarda əcnəbi dilində filmlərin (bədii, sənədli) yayımına qadağa qoyub. Türk dili başa düşülən olduğundan, bu dildə filmlərin məhdudiyyətlə yayımına icazə verilib. Ancaq tədricən türk dilində də filmlərin yayımı aradan götürülməlidir.

Məhərrəmli bildirib ki, MTRŞ bu ilin sonuna kimi televiziyalara müəyyən qədər güzəştə gedəcək. "Bəzi filmlər titrlərlə tərcümə olunur. Bəzi xüsüsi əhəmiyyət kəsb edən verilişlər də başqa dillərdə verilir. Televiziya rəhbərləri bununla bağlı bizdən xahiş ediblər və ilin sonuna qədər onlara problem yaratmamaq qərarına gəldik", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti