...

Azərbaycan Futbol Federasiyasının prezidenti Avropa çempionatının final oyununu stadiondan izləyəcək

Cəmiyyət Materials 25 İyun 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi İsveçrə və Avstriyada keçirilən futbol üzrə Avropa çempionatının final oyununu stadiondan izləyəcək. Bu barədə Trend -a çərşənbə günü AFFA-nın mətbuat xidməti məlumat verib.

İyunun 29-da Avstriyanın Vyana şəhərindəki "Erns Happel" stadionunda keçiriləcək final oyununu AFFA-nın prezidenti və federasiyanın baş katibi Elxan Məmmədov izləyəcəklər. AFFA-nın prezidentini və baş katibi final oyununu izləməyə UEFA-nın rəhbərliyi dəvət edb.

Avropa çempionatının final oyununda mübarizə aparmağa dörd ölkənin yığma komandası namizəd sayılır. Bu gün gecə keçiriləcək Almaniya - Türkiyə oyunundan sonra finalçı komandalardan birinin adı məlum olacaq. Sabah isə, Rusiya - İspaniya görüşü finalda qarşılaşacaq yığma komandaların adlarına tam aydınlıq gətirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti