...

Opera və Balet Teatrının səhnəsində "Ağ və Qara" baleti təqdim olunub

Cəmiyyət Materials 30 İyun 2008 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

TrendLife-ın verdiyi məlumata görə, keçən bazar günü Opera və Balet Teatrının səhnəsində "Ağ və qara" baleti təqdim olunub. Baletin musiqisi Xəyyam Mirzazadəyə aiddir. Adıçəkilən balet tamaşaçılara səkkiz il bundan əvvəl göstərilib. Bu müddət ərzində tamaşa teatrın səhnəsində mövsümdə bir neçə dəfə nümayiş etdirilib. Lakin son iki ildə nədənsə bu balet nümayiş olunmurdu.

Həmin baletin fortepiano partiyasında Bakı Musiqi Akademiyasının dosenti Kəmalə Neymanova ifa edib. "Bu çox zəngin və dərin musiqidir. Mən bunu ifa edəndə böyük məmunluq hissi keçirdim. Təssüf ki, biz çox az məşq etmişdik, buna baxmayaraq, çox çalışdım. Bu musiqi o qədər mənə xoş gəldi ki, mən onu tək tamaşada ifa etməyəcəm. X. Mirzazadənin musiqilərində çoxlu incəliklər, dərinliklər, var ki, onları duya bilirəm. Xoreoqrafik nöqtəyi nəzərdən də tamaşa gözəl düşünülmüşdü. Hər şey canlı və müasir idi",-K. Neymanova TrendLife-a bildirib .

Baletin xoreqrafiyası doğurdan da effektli və maraqlı idi. "Mən "Ağ və Qara" baletində bir neçə prelüdiyanı dəyişdirmişəm. Bu ən çox da birinci, üçüncü və yeddinci prelüdiyalarda hiss olunur. Ümumi stili dəyişməsəm də solistlərin sayını azaltmışıq. Məşqlərimiz az olub. Gələcəkdə yəqin ki, bu balet bundan da yaxşı olacaq ",-baletmeystr Pulumb Aqilıu bildirib.

Baletdən sonra isə TrendLife-la öz fikirlərilə bəstəkar Xəyyam Mirzazadə bölüşüb. "Ağ və Qara" baleti ilə həmişə mənim bəxti gətirib. Çünki həmin baleti hər zaman gözəl pianoçular ifa edib. Bundan əlavə bu pianoçular hamısı müxtəli xarakterli insanlardır. Baletin yeni versiyası isə çox uğurlu alındı. Sonuncu tamaşada Pulumb Aqilıu ilə belə qərara gəldik ki, rəqqsaların sayını azaldaq. Çünki onlar səhnədə bir-birlərinə mane olurdular. Düzdür artistlər sona qədər bir-birlərinə öyrəşməsələr də amma növbət "Ağ və Qara" baleti daha da maraqlı alınacaq. Məndən həmişə soruşurlar ki, nəyə görə bu baletdə süjet xətti yoxdur? Axı, siz fortepiano sonatasını dinləyəndə orada süjet axtarmırsınız, çalışırsınız ki, özünüzü orada tapasınız. Bu çox vacibdir. Düşünürəm baletmeystr Pulumb Aqilıu bu vəziyyətdən çıxış yolu tapa bilib. Süjetsiz səhnə əsərinin də özünün süjeti var. Mən tamaşadan çox razıyam. Tamaşa iki ildir ki, oynanılmırdı. Balet 2000-ci ildə tamaşaya qoyulub. Üç mövsüm teatrın səhnəsində təqdim olunub. Tamaşaçılarda bu tamaşanı müsbət qarşılayıblar. Teatr lap düzgün edib, baleti yeni formatda tamaşaya qoyub".

Xəbər lenti

Xəbər lenti