...

Elza Seyidcahanın layihəsi baş tutmayıb

Cəmiyyət Materials 1 İyul 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /TrendLife müx. Günel Əhmədova/

Elza Seyidcahanın uzun aylardır üzərində çalışdığı "Sevgililər Günü" layihəsi ötən gün təqdim olunmalı idi. Lakin bəstəkar-müğənninin yaradıcılıq planı həllini tapa bilməyib. Elza xanımın TrendLife-a bildirdiyinə görə, o, sevənlərə sürpriz olsun deyə, yaradıcılıq işi barədə heç kimə məlumat verməyib. Hələ ötən ildən müğənninin planına daxil olan əsər yarım saatlıq vaxtı əhatə edib. Dövlət Simfonik Orkestrinin müşayitəi ilə ərsəyə gələn "Sevgililər Günü"nünün təqdimatı və məkan seçimində ona yardımçı olacağını vəd edən iş adamlarından biri son saatlarda Elza Seyidcahanı çıxılmaz vəziyyətə salıb. Müğənninin bildirdiyinə görə, adını çəkmək istəmədiyi həmin şəxs yardımdan imtina edib:

"Əsər yazılarkən həmin şəxs mənə məkanı təşkil etməklə bərabər digər xərcləri də öz üzərinə götürəcəyini vəd etmişdi. Lakin son məqamda o, fikrindən daşındı və məni çıxılmaz vəziyyətə saldı. Əgər belə bir nəticə ilə qarşılaşmasaydım, layihə ictimaiyyət arasında səs salmışdı".

Planlarını sözügedən layihə üzərində quran Elza xanım ruhdan düşmədiyini söyləyərək əsərin xüsüsi günlərin birində mütləq təqdim olunacağını söylədi. Eyni zamanda müğənni özünə maşın almağı düşünür. Bir neçə avto salonlara baş çəkən Elza Seyidcahan onlardan ən yaxşısını sahib olmaq arzusundadır.

Xəbər lenti

Xəbər lenti