...

Azərbaycanlı güləşçi Avropa çempionatının final görüşündə iştirak etmək hüququ qazanıb

Cəmiyyət Materials 15 İyul 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət sərbəst güləş üzrə yığma komandasının üzvü Mariya Stadnik Slovakiyanın Kositse şəhərində keçirilən Avropa çempionatının final görüşündə iştirak etmək hüququ qazanıb. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı idmançı 48 kq çəki dərəcəsində uğurla çıxış edərək, final mərhələsində iştirak etmək imkanı qazanıb. Stadnikin final görüşündəki rəqibi bu gün axşam məlum olacaq.

Stadnik avqustda Çinin Pekin şəhərində keçiriləcək Olimpiadada Azərbaycanı təmsil edəcək.

Slovakiyada keçirilən Avropa çempionatında Azərbaycanın sərbət güləşçiləri ilə yanaşı, yunan-roma güləşi üzrə yığma komandası da çıxış edir.

Sərbəst və yunan-roma güləşi üzrə Avropa çempionatı iyulun 13 -də başlayıb və iyulun 22-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti