Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı boksçu Şahin İmranov Pekin Olimpiadasında keçirdiyi ilk görüşünü qələbə ilə başa vurub.
Əslən azərbaycanlı olan və Qazaxıstanı təmsil edən Qalib Cəfərovla döyüşdə İmranov 9:5 hesabı ilə qələbə qazanıb.
Azərbaycanı Olimpiadada İmranovdan başqa digər boksçu - Samir Məmmədov da təmsil edir.
57 kq çəki dərəcəsində çıxış edən İmranov növbəti mərhələdə Gürcüstanı təmsil edən boksçu ilə görüşəcək.