...

ABŞ-da Dünya Türk Festivalı keçirilib

Cəmiyyət Materials 19 Avqust 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Tr , müxbir E.Babayev/ Avqustun 16-17-də ABŞ-ın Çikaqo şəhərində Dünya Türk Festivalı keçirilib. "Türk xalqlarının öz mədəniyyətini nümayiş etdirdiyi Dünya Türk Festivalını Türk Amerika Cəmiyyəti təşkil edib", - deyə çərşənbə axşamı Trend -a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan milli rəqslərinin ABŞ-da təbliği ilə məşğul olan Hyuston-Azərbaycan Təşkilatının nəzdindəki rəqs qrupu da ilk dəfə olaraq bu festivala qatılıb.

Hyuston-Azərbaycan Təşkilatı 2004-cü ildə yaradılıb. Rəhbəri həmyerlimiz Natalya Kassenyevadır.

Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Bosniya, Makedoniya və Albaniyadan gələn qrupların öz mədəni irslərini nümayiş etdirdiyi bu festivalda 5 Azərbaycan milli rəqsi təqdim olunub. Bunlar "Çiçəklər", "Üzüm", "Qaval", "Vətən" və "Naznazı" rəqsləridir. Hyuston-Azərbaycan Təşkilatının nəzdində fəaliyyət göstərən rəqs qrupu festivalın hər iki günü çıxış edib və milli rəqslərimiz böyük maraqla qarşılanıb. Tədbir iştirakçılarına həmçinin Azərbaycan haqqında əlavə informasiya və videogörüntülər də təqdim olunub. Qrupun bu festivalda iştirakına təşkilati və maliyyə dəstəyini Azərbaycanın ABŞ-dakı səfirliyi göstərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti