Azərbaycan, Bakı, 05sentyabr/ Trend / Qafqaz Müsəlmanları İdarəsinin qrafikinə əsasən, Ramazanın altıncı - sentyabrın 6 - da səhər yeməyi (imsaq) vaxtı saat 06.02-də, iftar vaxtı saat 20.21- dədr.
Ramazanın altıncı gününün duası: İlahi, məni bu gün Sənin sözündən çıxıb, günah etməklə xar və zəlil etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu!