...

Futbol üzrə Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Lixtenşteynlə oyunda kiçik hesablı qələbə gözlədiyini bildirib

Cəmiyyət Materials 9 Sentyabr 2008 16:15 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Lixtenşteynlə oyunda kiçik hesablı qələbə gözlədiyini bildirib

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Lixtenşteynlə oyundan 1:0 hesablı qələbə gözləyir.

"Uelslə gözəl oyundan sonra Lixtenşteynlə görüşdə qələbə qazanmalıyıq. Biz Lixtenşteynin Almaniya ilə oyununa baxdıq. Lixtenşteyn komandası almanlarla qarşılaşmanın birinci hissəsində çox yaxşı təsir bağışladı. Sabah keçiriləcək oyunda Lixtenşteyni 1:0 hesabı ilə udsaq, çox razı qalaram",- çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Foqts deyib.

Azərbaycan yığması DÇ -2010 -nun seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə sabah Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcək. Oyun saat 21.00 -da başlanacaq.

Foqts bildirib ki, o, Almaniya mətbuatına tezliklə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsindən istefa verə biləcəyi haqda danışmayıb və bütün bu söz-söhbətlər həqiqəti əks etdirmir: "Mən Almaniya mətbuatına istefa verə biləcəyimlə bağlı heç nə deməmişəm. AFFA rəhbərliyi barədə də bir söz deməmişəm. Sadəcə olaraq, Azərbaycan mətbuatının məndən çox şey tələb etdiyini bildirmişəm".

Azərbaycan yığmasının bir neçə gün əvvəl səfərdə Uelsə 0:1 hesabı ilə uduzmasından sonra, Foqtsun istefa verəcəyi haqda söz-söhbət yaranıb.

Mətbuat konfransında iştirak edən yığma komandanın qapıçılarla işləyən məşqçisi Uli Ştayn isə, Azərbaycan Premyer -Liqasının səviyyəsindən narazı olduğunu vurğulayıb. Foqtsun köməkçisi deyib ki, Premyer -Liqada keçirilən oyunlarda sürət son dərəcə aşağıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti