...

"Böyük dəbilqə" turnirində iştirak edən azərbaycanlı şahmatçı növbəti heç-heçəsini edib

Cəmiyyət Materials 10 Sentyabr 2008 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada təşkil olunan, "Böyük dəbilqə" adlanan beynəlxalq turnirin 7-ci turunda keçirdiyi görüşü heç-heçə başa vurub. Bu, Rəcəbovun turnirdə heç-heçə etdiyi altıncı qarşılaşma olub.

Hindistanlı qrossmeyster Vişvanatan Anandla görüşdə bir xalla kifayətlənən Rəcəbov, hazırda turnir cədvəlində sonuncu pillədə yer alır.

Turnirin lideri hesabında 11 xal olan norveçli Maqnus Karlsendir.

Azərbaycanlı şahmatçı növbəti turda ukraynalı Vasili İvançukla qarşılaşacaq.

"Böyük dəbilqə" turnirinin mükafat fondu 400 min avrodur. Birinci yeri tutan şahmatçı 150 min avro mükafat qazanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti