...

İrina Viner: Azərbaycan gimnastları Pekin Olimpiadasında çox uğurlu çıxış etdilər

Cəmiyyət Materials 18 Sentyabr 2008 18:18 (UTC +04:00)
İrina Viner: Azərbaycan gimnastları Pekin Olimpiadasında çox uğurlu çıxış etdilər

Rusiya , Moskva, 18 sentyabr / Trend , R.Ağayev/ Pekində keçirilən Olimpiya Oyunlarında Rusiyanın bədii gimnastika üzrə yığma komandası həm komanda, həm də fərdi çıxışlarda inamla qələbə qazandılar. Olimpiadadan sonra bədii gimnastika üzrə Rusiya yığma komandasının baş məşqçisi, Azərbaycanın bu idman növü üzrə milli yığma komandasının məsləhətçisi İrina Viner öz yubileyi ərəfəsində Trend agentliyinin müxbirinin suallarını cavablandırmağa razılıq verdi.

- Rusiya milli yığmasının Pekin Olimpiadasındakı çıxışını necə qiymətləndirirsiniz?

- Bu barədə danışmaq mənim üçün çətindir, çünki mən komandanın məşqçisiyəm. Yarışın ilk günü müəyyən çətinliklərimiz var idi. Lakin ikinci gün seçmə yarışlardan sonra əsas yarışlarda gimnastlarımız qrup tapşırıqlarında və fərdi proqramlarda, xüsusilə olimpiya çempionu Yevgeniya Kanayeva bütün bacarıqlarını nümayiş etdirdilər və fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.

- Yevgeniya Kanayevanın səhfsiz çıxış edərək bütün rəqiblərini böyük xalla geridə qoyması sizin üçün gözlənilməz deyildimi?

- Xeyr, bu mənim üçün yenilik deyildi, çünki Jenya Kanayeva son il ərzində keçirilən bütün yarışları səhfsiz çıxış etməklə, qalibə ilə başa vurmuşdu. Məhz ona görə o, Rusiya çempionu olub və Olimpiya Oyunlarına vəsiqə qazanıb. Olimpiya Oyunlarına ay yarım qalmış keçirilən Avropa çempionatında da o, üç xallıq fərq ilə birinci yeri qazanmışdı.

- Sizcə, Kanayevanın hansı perspektivləri var?

- Düşünürəm ki, o, idmana uzun müddət üçün gəlib. Məncə, o da Alina Kabayeva kimi bu idman növü ilə uzun müddət məşğul olacaq.

- Azərbaycanın milli yığmasının məsləhətçisi kimi bədii gimnastlarımızın gələcək perspektivini necə görürsünüz?

- Mən Azərbaycan komandasına, onların qrup yarışlarındakı çıxışlarına ürəklə azarkeşlik edirdim, çünki onlar ilk dəfə idi ki, Olimpiya Oyunlarına vəsiqə qazanmışdılar. Bu qızlar imkanları daxilində səhfsiz çıxış nümayiş etdirdilər.

Onların proqramlarında mürəkkəb bədən-hərəkət elementləri yox idi və onlar qurulan proqramı tamamilə səhfsiz yerinə yetirdilər. Buna görə finala düşmək, düynanın ən yaxşı səkkiz komandası arasında yeddinci yeri tutmaq məncə böyük nailiyyətdir. Bu, onların nəzərəçarpan səhflərə yol verməmələri sayəsində mümkün olub. Onlar Olimpiya Oyunlarında yeni olmalarına baxmayaraq, güclü komandalarla əzmlə yarışdılar: seçmə mərhələdə əvvəllər olimpiya çempionu olmüş İspaniya komandasına, daha sonra Ukrayna komandasına qalib gəldilər və bununla da finalda yeddinci yeri tutdular. Bu, çox böyük qələbədir.

Olimpiya Oyunlarında çıxış edən ən güclü 12 qızdan ikisi isə Azərbaycandandır. İki maksimal saydır. Düşünürəm ki, Rusiya və Belarusdan sonra bu, Azərbaycanın mükafat yerləri üzrə üçüncü nəticəsidir. Belə ki, hətta Ukraynanın ikinci nömrəli gimnastı Qodunko siyahıda Qarayevadan sonra gəlir. Azərbaycanın qrup tapşırıqları üzrə yığması isə Ukrayna komandasını qabaqlayır.

Bu, həm Azərbaycanın Gimnastika Federasiyasının, həm Federasiya prezidenti Mehriban Əliyevanın, həm də gimnastlara təlim-məşq toplantılarında, bütün çempionatlarda, dünya kuboklarında və qran-prilərdə iştirak etmək imkanı yaradan ölkə rəhbərliyinin göstərdiyi qayğı və diqqətin layiqli nəticəsidir. Gimnastlar çox ciddi seçmə yarışlardan və ciddi hazırlıqdan keçiblər ki, bu da son nəticədə onlara uğurla çıxış nümayiş etdirməyə imkan verdi.

- Siz demək olar ki, başladığı bütün işlərin öhdəsindən uğurla gələn insan hesab edilirsiniz. Bu gün geriyə baxarkən hansı uğurunuzu daha önəmli hesab edirsiniz?

- Bu, qızların qrup tapşırıqlarında üçüncü dəfə qazandıqları olimpiya qızıl medallarıdır - olimpiya oyunlarında üçüncü dəfə və üçüncü Olimpiya oyunlarnda fərdi proqramda üçüncü dəfə. Əlbəttə düşünürəm ki, Olimpiadada iştirak edən ilk 12 gimnastın, ilk 12 nömrədən 7 gimnastın Rusiyada hazırlıq keçməsi bizim böyük uğurumuzdur.

- Yaxın perspektivdə qarşınızda hansı vəzifələr durur?

- İlk növbədə əlbəttə ki, gimnastikanı daha çox və dünyanın hər yerində yaymalıyıq. Gimnastika Avropa ərazisində yayılsa da, məncə, bu idman növünü Asiyada, Afrikada, Latın Amerikasında, ABŞ-da da məşhurlaşdırmaq lazımdır. Düşünürəm ki, bu ölkələrin gimnast və məşqçilərinin indiyədək olduğu kimi, yenə də Rusiyada təcrübə keçməsi üçün bu ölkələrin müraciətlərini müsbət cavablandırmalıyıq.

İkinci növbədə isə əlbəttə ki, yeni mövsümə yeni proqramlar hazırlanmalıdır. Belə ki, proqramlar bu ildən fərqli artıq bir qədər başqa aspekt kəsb edir. Hərəkətlərdə riskli elementlər yaranıb və belə elementlər yüksək qiymətləndirilir. Və ümumilikdə bu proqramları yenidən nəzərdən keçirmək və onları elə şəkildə qoymaq lazımdır ki, həm artistik baxımından yüksək olsun, həm də çox riskli və sabit görünsün.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti