...

Azərbaycan və Çexiya arasında ətraf mühitin mühafizəsi sahəsində anlaşma memorandumu imzalanıb

Cəmiyyət Materials 25 Sentyabr 2008 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend müxbir C.Babayeva/ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çexiya Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində bu gün əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və Çexiya Respublikasının ətraf mühit naziri və Baş nazirin müavini Yan Dusik imzalayıblar.

Dusik bildirib ki, sazişə əsasən, iki ölkə arasında davamlı olaraq tədbirlər, qarşılıqlı təcrübə və məlumat mübadiləsi nəzərdə tutulub. "Çexiyanın bir sıra şirkətləri Azərbaycanda sutəmizləyici qurğuların quraşdırılmasında maliyyə dəstəyi göstərəcək, karbon tullantıları, qlobal istiləşmə sahəsində bir sıra birgə layihələr hazırlanacaq", - deyə Dusik bildirib.

Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin ətraf mühitin qorunması sahəsində Gürcüstan, Türkiyə, İran, Moldova və Ukrayna ilə əməkdaşlıq sazişləri var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti