Azərbaycan, Bakı, 02 oktyabr /Trend News, K.Zərbalıyeva/ Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 34 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, həmin şəxslərdən 18-i (3 qadın, 9 kişi, 6 azyaşlıl) Səbail, 12-si Nizami (6 qadın, 2 kişi, 4 azyaşlı), 4-ü isə (1 kişi, 2 qadın, 1 azyaşlı) Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və onlar Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndəriliblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]