Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 17 yaşlı qızlardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində keçirdiyi sonuncu oyunda heç-heçə edib.
Azərbaycan yığması seçmə mərhələnin son oyununda İslandiya millisi ilə görüşdən 0:0 hesablı nəticə ilə ayrılıb. Bu görüşdən sonra Azərbaycan komandasının Fransa və İtaliya yığmalarının da çıxış etdiyi qrupda sonuncu yeri tutduğu məlum olub.
Əvvəl keçirdiyi oyunlarda İtaliyaya 1:3, Fransaya 0:6 hesabı ilə məğlub olan Azərbaycan millisi İslandiyadan top fərqinə görə geri qalıb.
Azərbaycan yığmasının baş məşqçisi Şamil Heydərovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]