...

Azərbaycanın iki ən güclü futbol klubunun oyununu idarə edəcək hakimin adı məlum olub

Cəmiyyət Materials 14 Oktyabr 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının ən prinsipial oyunu hesab olunan "Xəzər-Lənkəran" - "Neftçi" görüşünü idarə edəcək hakimin adı məlum olub. Bu barədə Trend -a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat verib.

Premyer-Liqanın səkkizinci turu çərçivəsində Lənkəranada keçiriləcək "Xəzər-Lənkəran" - "Neftçi" oyununun baş hakimi Babək Quliyev təyin olunub. Ona laysmanlar - Azər Məmmədov və Azər Əsgərov, həmçinin, ehtiyat hakim kimi Ramil Diniyev kömək edəcək.

"Xəzər-Lənkəran"la "Neftçi" klubu arasında keçirilən görüşlər son illərdə Azərbaycan çempionatında ən maraqlı və prinspial oyunlar hesab olunur.

İki komanda arasındakı görüşlərin gərginliyinin çox olmasına görə, bu oyunlara "Böyük oyun" adı verilib.

"Xəzər-Lənkəran" - "Neftçi" oyunu oktyabrın 19-da Lənkərandakı stadionda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti