...

Azərbaycanda çoxsaylı qətllərə görə məhkum olunan DİN -in sabiq əməkdaşlarının şikayəti təmin olunmadı

Cəmiyyət Materials 27 Oktyabr 2008 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı 27 oktyabr / , müxbir K. Zərbalıyeva/ Ali Məhkəmə Daxili İşlər Nazirliyinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə üzvlərinin barəsindəki məhkəmə hökmünü qüvvədə saxlayıb.

Bazar ertəsi keçirilən prosesdə kassasiya şikayəti üzrə qərar elan olunub.

Məhkəmə dəstə üzvlərinin şikayətini təmin etməyib və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Hacı Məmmədov və rəhbərlik etdiyi qrup 2005 - ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı ifşa olunub.

MTN - də aparılan ibtidai istintaq zamanı Məmmədovun və rəhbərlik etdiyi dəstənin 1995 -ci ildən 2005 - ci ilədək 13 qətl və 8 adam oğurluğu və digər cinayətlər törətdiyi müəyyən olunub.

Dəstə başçısına Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

16 yanvar 2007- ci il tarixli məhkəmə hökmü ilə dəstə üzvləri Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 12 il, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10 il, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9 il, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev 8 il iş alıb. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) 2 il şərti, Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırov, dövlətə vurduğu ziyanı ödədiyi üçün, barəsindəki cinayət işinə xitam verilib.

Ali Məhkəmə oktyabrın 27- də şikayət üzrə qərar qəbul edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti