...

Xocalı faciəsi haqqında film Qırğızıstanda ən  yaxşı film seçilib

Cəmiyyət Materials 27 Oktyabr 2008 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/TrendLife, müxbir Eldar Hüseynzadə/

Azərbaycanın rejissor Ziya Şıxlinskinin "Dua" sənədli filmi Qırğıstanda keçirilən və oktyabrın 25-də başa çatan II İssık-Kul kinofestivalında "Sülh mövzusunda ən yaxşı" film nominasiyasında mükafat alıb. Xocalı faciəsi haqqında filmin ən yaxşı film seçilməsini böyük qələbə hesab edirəm. Deməli, bütün dünyada insanlar o dəhşətli qırğın haqqında yaxşı məlumatlanıblar", - Şıxlinski TrendLife-a bildirib.

Onun sözlərinə görə, festivaldan əvvəl "Dua" filmini "K+" ümumortaasiya kanalı ilə dəfələrlə göstərib və onu festivalın favoritlərindən biri adlandırıblar. Bu il festival qırğız yazıçısı Çingiz Aytmatovun 80 illiyinə həsr olunub. Festivalda dünyanın 14 ölkəsindən 40-dək film nümayiş olunub.

"Dua" filmi bu il Xocalı faciəsinin ildönümü ilə əlaqədar çəkillib. Filmin rejissoru Z.Şıxlinski, ssenari müəllifi Ü.Şeyxovdur. Filmdə bütün dünya dinlərinin nümayəndələrinin Xocalıdakı amansız qətllərlə bağlı duaları göstərilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti