...

Azərbaycanın Gəncə şəhərində uşaq ölümü iki dəfə artıb

Cəmiyyət Materials 29 Oktyabr 2008 17:40 (UTC +04:00)

Azərbaycan, Gəncə, 29 oktyabr / Trend , müxbir V. Məmmədov/ Azərbaycanın Gəncə şəhərində uşaq ölümü iki dəfə artıb.

Gəncə şəhər Statistika İdarəsinin aparıcı mütəxəssisi Sürayə Səfərovanın çərşənbə günü Trend - a verdiyi məlumata görə, bu ilin 9 ayı ərzində şəhərdə bir yaşa qədər olan 10 uşaq düynasını dəyişib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ötən ilin 9 ayı ərzində Gəncədə 5 uşaq dünyasını dəyişmişdi.

Səfərovanın bildirdiynə görə, bu il Gəncədə 2764 uşaq dünyaya gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır. Ötən ilin 9 ayı ərzində Gəncədə 2992 körpə dünyaya gəlib.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 365 km qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti